Əhali ət yeməyi azaldıb – Yumurtaya üstünlük verirbackend

Əhali ət yeməyi azaldıb – Yumurtaya üstünlük verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk aylarında Azərbaycanda yumurta istehsalı artıb, ət istehsalı isə azalıb.

NOCOMMENT.az Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi göstəricilərə istinadən xəbər verir ki, 2024-cü ilin ilk aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət, 324,5 min ton süd, 367,8 milyon ədəd yumurta istehsal edilib.

2023-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 0,7 faiz, yumurta istehsalı 3,4 faiz artıb, ət istehsalı isə 1,5 faiz azalıb.