Əhali üzrə qazın qiyməti necə hesablanacaq? – İZAHbackend

Əhali üzrə qazın qiyməti necə hesablanacaq? – İZAH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarif Şurası tərəfindən bu gün verilən qərarla təbii qazın tarifləri dəyişdirilib.

NOCOMMENT.az xəbər verir ki, illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. Daha əvvəl isə illik 2200 m3-dək qaz istehlakı üzrə tarif 1 kub metr üçün 10 qəpik səviyyəsində idi.

Yəni, daha əvvəl əhali 2200 m3-dək qaz istehlakında hər m3 üçün tarif 10 qəpik ödəyirdisə, indi bu limit 1200 m3-ə endirilib.

İstehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Daha əvvəl isə təbii qazın illik istehlak həcminin 2200 m3-dən çox olan hissəsi üçün tarif 20 qəpik müəyyən olunmuşdu.