Əhalinin banklarda nə qədər pulu var? – Rəsmibackend

Əhalinin banklarda nə qədər pulu var? – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri sentyabr ayında 3.1% (263.4 mln. manat) artaraq 8 milyard 663.6 mln. manat təşkil edib (2019-cu ilin oktyabr ayından ən yüksək göstərici).

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 7.2 faiz azalaraq 43.6% təşkil edib.

2021-ci ilin yanvar-sentyabr aylarında banklar 505.6 mln. manat xalis mənfəət, 723.8 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

İlin əvvəlinə nəzərən cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 0.6 faiz azalaraq 5.5% təşkil edib.

Qeyd olunan göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1.7 faiz , 2020-ci ilin orta illik göstəricisinə nisbətən 1.9 faiz azalıb.