Əhalinin DİQQƏTİNƏ – Kommunal xidmətlərin QİYMƏTİ ARTIR?backend

Əhalinin DİQQƏTİNƏ – Kommunal xidmətlərin QİYMƏTİ ARTIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə ölkədə benzinin və dizelin bahalaşması fonunda bir çox sahələrdə qiymət artımı müşahidə olunur. Xüsusən, ölkə ərazisində yanacağın bahalaşması bir çox sahələrdə qiymət artımının davam edəcəyindən xəbər verir.

Bütün bunları nəzərə alaraq kommunal qiymətlərdə də artım gözlənilə bilər? Hazırda ölkədə baş verən qiymət artımları kommunal xidmətlərin qiymətləri ilə nə qədər əlaqəlidir?

NOCOMMENT.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a verdiyi açıqlamada kommunal xidmətlər üçün nəzərdə tutulmuş qiymətlərdə artım olması ehtimalı dəyərləndirib.

“Azərbaycanda kommunal xidmətlər dövlət tərəfindən tənzimlənir, Tarif Şurası tərəfindən isə müəyyənləşdirilir. Bazar iqtisadiyyatı qaydaları burada birbaşa tətbiq olunmur. Buna görə də kommunal xidmətlərlə bağlı qərarın verilməsi hökümətin yanaşmasına bağlı olacaq. Yəni inzibati qərarla qiymətlərin artırılması mümkündür”.

Ekspert bu il kommunal xidmət qiymətlərində hər hansısa bir artımın olacağını düşünmür, lakin o, ilin sonuna doğru və yaxud da gələn ilin əvvəlində belə bir addımın atılacağını da istisna etmir.

“Ən azından dizel yanacağının qiymətinin artması elektrik enerjisinin istehsalında və yaxud da “Azərsu”, “Azəriqaz”, “Azərenerji”nin təmir işlərinin xərcinin maya dəyərini artırır. Çünki onların təmir işlərində istifadə etdikləri avtomobillər, yükdaşımalar hər biri dizel yanacağı ilə həyata keçirilir. Buna görə də xərclər artmağına artır amma yenə də qiymətlərin artıb-artmayacağının qərarını dövlət verir. Yəni inzibati qaydada qərar verilsə, qiymətlər arta bilər”.

Natiq Cəfərli gələn ilin əvvəlinə doğru kommunal xidmətlərin qiymətlərində də artımın olacağının yüksək ehtimal olduğunu düşünür.