Əhalinin NƏZƏRİNƏ: Bu gün Bakının iki rayonunda qaz olmayacaqbackend

Əhalinin NƏZƏRİNƏ: Bu gün Bakının iki rayonunda qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB-dən NOCOMMENT-ə verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS” Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması, “30-cu Sahə” QPS-də əlaqələndiricinin və əymənin quraşdırılması ilə bağlı saat 08:00-dan etibarən işlər başlayıb.

Görülən işlər başa çatanadək “30-cu sahə”, “Xətai”, “Keşlə” və “Əhmədli” QPS-lərdən, magistral qaz kəmərindən qidalanan “Bakı-ES-MMC”, “Azərneftyağ” (5/6sex)”, “SOCARYDM-13”, “SOCARYDM-21” və “Körpü Tunel MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılıb.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.