Əhalinin sayına nisbətdə koronavirus ən çox harada yayılıb?backend

Əhalinin sayına nisbətdə koronavirus ən çox harada yayılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən ilin sonunda Çinin Vuhan şəhərindən yayılmağa başlamış koronavirus epidemiyası hazırda bütün dünyanı bürüyüb. Bəzi ölkələrdə xəstəlik artıq pik dövrünü keçirib, bəzi ölkələrdə hələ yeni inkişafdadır. Vuhanda isə artıq həyat normal tərzə qayıtmaqdadır.

NOCOMMENT.az Worldometers-ə istinadən koronavirusun ən çox yayıldığı ölkələri müəyyənləşdirib. Yəni hazırda ən çox yoluxma ABŞ-da qeydə alınsa da, ölkədə əhali sayına nisbətdə vəziyyətin elə də pis olmadığını görərik. Bəs əhalinin sayına nisbətdə ən acınacaqlı vəziyyət hansı ölkəlrədədir?

Məlum olub ki, bu siyahya da Avropa ölkələri başçılıq edirlər. Birləşmiş Ştatlar isə bu statistikada yalnız 19-cu yerdə qərarlaşıb.

Ən pis vəziyyət isə San Marinodadır – cırtdan Avropa ölkəsinin əhalisi cəmi 34 min nəfər olduğu üçün xəstəliyə yoluxmaış 356 nəfər yoluxma dərəcəsinin 1%-dən yuxarı olduğunu göstərir. Yəni ölkədə hər 100 nəfərdən birində COVİD-19 virusu aşkarlanıb.

Statistikada ikinci yeri Vatikan şəhər-dövləti tutub. Təsəvvür edin ki, Romanın bir neçə məhəlləsini birləşdirən cırtdan dövlətin əhalisi son siyahıyaalmada cəmi 818 nəfər göstərilib və onlardan da 8-də koronavirus aşkarlanıb. Artıq bu xəstələrdən ikisi tam sağalsa da, dünya xirstianları üçün vacib olan bir ölkənin durumu xəstəliklə mübarizədə heç də yaxşı deyil.

Əhalisinin sayı cəmi 77 min nəfər olan Andorrada xəstəliyə tutulan 638 nəfərdən 29-u dünyasını dəyişib, 615 min nəfərlik Lüksemburqda da oxşar vəziyyətdir – virusa yoluxmuş 3 281 nəfərdən 66-sı xəstəliyin qurbanına çevrilib.

İlk beşliyi isə “qeyzerlər ölkəsi” kimi tanınan İslandiya tamamlayır – ada dövlətdə 360 min insan məskunlaşıb və onlardan 1 701 nəfəri bu virusa yoluxub. Yəni ölkə əhalisinin hər iki yüz sakinindən biri pandemiyanın əsirinə çevrilib.

İri dövlətlərdən İspaniyanın 8-ci, İsveçrənin 9-cu, İtaliyanın 11-ci və Belçikanın 12-ci olmasını da qeyd etmək lazımdır. Əslində Fransa da uzaqda deyil – hələlik 16-cıdır.