Əhaliyə qazla bağlı xəbərdarlıq olundu – RƏSMİbackend

Əhaliyə qazla bağlı xəbərdarlıq olundu – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabahdan Azərbaycanda qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minir.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.