Əhmədov: Ən ciddi məsələ tenderlərlə bağlıdırbackend

Əhmədov: Ən ciddi məsələ tenderlərlə bağlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Vahid Əhmədov Milli Məclisdə Hesablama Palatasının təqdim etdiyi sənədin müzakirəsi zamanı çıxış edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, deputat Palatanın təqdim etdiyi hesabatı və qurumun fəaliyyətini məqbul saydığını bildirib.

Bununla yanaşı, V.Əhmədov bir sıra narahatlıqlarını bölüşüb: “İnvestisiya proqramları ilə əlaqədar çox ciddi problemlər var. Həmçinin ən ciddi məsələ tenderlərlə bağlıdır. Tenderlərin şəffaflığının qorunmaması çox ciddi problemlər yaradır”.

Daha sonra deputat maraqlı bir təklif verib. O qeyd edib ki, Milli Məclisin iclaslarında mütəmadi olaraq 30 dəqiqəlik müzakirələr aparılır, bir çox problemlərlə bağlı fikirlər səsləndirilir.

Bu mənada V.Əhmədov Hesablama Palatasının bir üzvünün mütəmadi olaraq plenar iclaslarda iştirakını zəruri saydı: “Həmin nümayəndə burada iştirak etməli, gələn il üçün iş planı təsdiq edəndə, parlamentdə qaldırılan məsələləri də özünün iş planına daxil etməlidir”.

V.Əhmədov spiker S.Qafarovaya Palatanın bir nümayəndəsinin plenar iclaslarda iştirakını təmin etmək xahişini ünvanladı.