Əjdər Ol hakim qarşısına çıxarılır – Aparat rəhbərinin korrupsiya faktlarıbackend

Əjdər Ol hakim qarşısına çıxarılır – Aparat rəhbərinin korrupsiya faktları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin cinayət işi üzrə istintaq yekunlaşıb.

NOCOMMENT xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Əjdər Cəbiyev fevralın 8-də korrupsiya ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

O, vaxtilə Prezident Aparatında (1992-1994), Maliyyə Nazirliyində (1994-2002) işləyib. 2004-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunda, 2013-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri olub.

Ə.Cəbiyev həm də Əjdər Ol imzası ilə yazıçı kimi tanınır.