Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki milli parka avtomobil alınacaq – 411 min manatabackend

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki milli parka avtomobil alınacaq – 411 min manata

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Göy-Göl Milli Parkı “Avtomobil nəqliyyat vasitələri”nin satın alınması üçün tender keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Toyota Absheron Center” MMC olub. Tərəflər arasında 411 min 500 manatlıq müqavilə bağlanması nəzərdə tutulur.

Satınalma çərçivəsində park üçün 5 ədəd pikap və 1 ədəd sedan tipli nəqliyyat vasitəsi, hər biri 2025-ci il buraxılışlı, alınacaq.

Qeyd: Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin qanuni təmsilçisi Elşən Əhmədov Mahmud oğludur.