Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilibbackend

Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Universiteti İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun magistr dərəcəsini və diplomunu ləğv edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qərara səbəb olaraq “bakalavr təhsili” tələbini yerinə yetirməməsi və tələbə statusu üçün “şərtlərdə çatışmazlıq” olması göstərilib.