Ermənistanın paytaxtı Yerevanda silahlı insident yaşanıb.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, kafedə başlayan mübahisə küçənin ortasında atışma ilə davam edib.
Silahlı şəxs 2 nəfəri güllələyib. Ağır xəsarət alan həmin şəxslərdən biri Respublika Partiyasından eks-deputat Qaqik Melikyanın oğlu Sergey Melikyandır.
Faktla bağlı araşdırma davam etdirilir.