Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? – AÇIQLAMAbackend

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzinə əks-göstəriş sertifikatı təqdim edilə bilər:

“Əks-göstəriş sertifikatı vaksin pasportu və immunitet sertifikatı ilə eynihüquqludur. Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslərə iri ticarət mərkəzlərinin, mehmanxanaların və ictimai iaşə obyektlərinin qapalı məkanlarında göstərilən xidmətlərdən istifadəsində hər hansısa məhdudiyyət tətbiq olunmur”.