Eks-nazir Xankəndi şousunu ifşa etdi – Şəkillər montajdır?!backend

Eks-nazir Xankəndi şousunu ifşa etdi – Şəkillər montajdır?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Xankəndi şəhərində keçirilən mitinqdən paylaşılan şəkillərdə fotomontaj elementləri var.

NOCOMMENT.az xəbər verir ki, bunu Modern.az-aaçıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Eks-nazir təxribatçı fikirlərin səsləndirildiyi mitinqin erməni milyarder Ruben Vardanyan tərəfindən təşkil olunduğunu söyləyib:

“Mitinqi təşkil edən, maliyyələşdirən Ruben Vardanyan olub. Rusiya sülhməramlı qüvvələri də bu işə kömək edib. Sözügedən mitinqdə Ermənistandan və digər ərazilərdən pulla tutulmuş adamlar gətirilib. Əlbəttə, bu şoudur. Belə siyasi şou ilə Ermənistan təmas xəttində özünü arxayın hiss edir. Təxribatların mərkəzi müvəqqəti olaraq rus sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərə köçürülür. Bu cür təxribatlar Azərbaycana qarşı yönələcək”.

 

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirdikləri görüşə gəlincə, T.Zülfüqarov danışıqların ciddi nəticə verməyəcəyi fikrindədir.

“Hazırkı situasiyada siyasi danışıqlar ciddi nəticə verməyəcək. Hər görüşdə deyilən və deyilməyən həqiqətlər olur. Hər kəs öz marağından çıxış edir. Rusiya və Fransanın  maraqları məlumdur. İndiki durumda mən siyasi görüşlərdən elə ciddi nəticələr gözləmirəm. Ancaq bu, o demək deyil ki, Azərbaycanın planı yoxdur. Əlbəttə, indi Türkiyə və Azərbaycanın vaxtıdır.

Bizim ərazimizdə hansısa hərbi müdaxilə ola bilməz. Lakin qanunların bərpası üçün müdaxilə edə bilərik. Bu, bizim suveren hüququmuzdur. Hansısa yaraqlıları tərk-silah etmək üçün addımlar atıla bilər”, – keçmiş XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, dünən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan Xankəndi şəhərində təxribat məqsədilə mitinq keçirilib. Mitinqdən paylaşılan fotolar və bu qədər nümayişçinin Xankəndidə necə peyda olması geniş müzakirələrə səbəb olub. Azərbaycanın maraqlarına zidd olan mitinqin Soçi görüşü öncəsi Rusiya tərəfindən təzyiq məqsədilə təşkil olunması istisna edilmir.