Əksər ərəb ölkələri Rəfaha hücumu dəstəkləyir – Netanyahubackend

Əksər ərəb ölkələri Rəfaha hücumu dəstəkləyir – Netanyahu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Politico”nun yayımladığı müsahibədə Netanyahu Yaxın Şərqdəki vəziyyətə dair bir sıra məsələlərə aydınlıq gətirib.

NOCOMMENT.az xəbər verir ki, müsahibədə İsrailin Birləşmiş Ştatların etirazına baxmayaraq, Rəfaha hücum planından geri çəkilmədiyi qeyd edilib.

Baş nazir açıqlamasında əksər ərəb ölkələrinin Rəfaha hücumu dəstəklədiyini deyib, lakin onların heç birinin adını çəkməyib. Netahyahu İsrailin Fələstin dövlətinin yaradılması təklifi ilə razılaşmayacağını xüsusi vurğulayıb.

O, ölkə əhalisinin çoxunun bu fikirdə olduğunu iddia edib.