Ekspedisiya qrupu nəhayət Daşlı adasına AYAQ BASDIbackend

Ekspedisiya qrupu nəhayət Daşlı adasına AYAQ BASDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu vulkanın Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərinin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə dənizə çıxıb və iyulun 15-də Daşlı adasına ayaq basıb”.

Bunu NOCOMMENT.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli iyulun 4-də partlayışla müşahidə edilən vulkan püskürməsi barədə son məlumatları verərkən bildirib.

Q.Yetirmişlinin sözlərinə görə, İşçi qrup Daşlı adasında palçıq vulkanı püskürən əraziyə baxış keçirib:

“Daşlı adasındakı palçıq vulkanı artıq sönüb. Onun yenidən aktivləşmə ehtimalı yoxdur. Bununla belə İşçi qrupun üzvləri nümunələr götürüb. Bu nümunələr sırf elmi araşdırmalar üçün vacibdir. Onun tərkibində hansı elementlər, hansı qazlar ağır metallar var, hansı miqdardadır və s. bunlar öyrəniləcək”.

Q.Yetirmişli yekun nəticələrin əldə olunmasının müəyyən vaxt tələb edəcəyini açıqlayıb:

“Bu nəticələr sırf elmi araşdırmalar üçün lazımdır. Yəqin ki, tədqiqatlar aparıldıqdan sonra ictimaiyyətə məlumat verilər”.

Qeyd edək ki, Xəzərdəki Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. Püskürmənin davamlılığı 8 dəqiqə davam edib. Vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub. Vulkan sonuncu dəfə 1945-ci ildə bu cür püskürüb.