Ekspert: 5+2 formulu bitdi, Qarabağa özəl status da olmayacaq…backend

Ekspert: 5+2 formulu bitdi, Qarabağa özəl status da olmayacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madrid prinsipləri dağılıb. 5+2 formulu artıq yoxdur, çünki Füzuli və Cəbrayıl rəsmən azad edilib. Bundan başqa, Hadrutu, Suqovuşanı da yağı düşməndən təmizləmişik. O zaman Minsk Qrupu çərçivəsində görüşüb nə danışmaq olar?!

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, münaqişənin həllində yeni formul və prinsiplər olmalıdır: “Bu həftənin sonuna qədər əks-hücum əməliyyatı davam edəcəksə, bu zaman köhnə 5+2 formulundan kənarda olan ərazilərin düşməndən təmizlənməsi daha önəmlidir. O zaman artıq həftə sonu Moskvada və Vaşinqtonda masaya oturmaq olar. Çünki biz sülh istəyirik, sülhün bədəli isə son Ermənistan əsgərinin Azərbaycandan çıxmasıdır.

Masada yeni formul isə qrafikə bağlı olmalıdır – Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın noyabr ayı ərzində boşaldılır, Qarabağın gələcək statusu isə Avropa Xartiyasına uyğun olaraq, yerli özünüidarəetmə institutları vasitəsilə müəyyən edilir.

Danışıqlar ancaq bu istiqamətdə ola bilər. Bundan əlavə, Qarabağa özəl status verilməsi artıq mümkün deyil, gələcək üçün də təhdiddir – Ermənistan bu şansı qaçırdı, özəl status artıq tarixə qovuşdu.

Allah Əsgərimizi və Ordumuzu qorusun!”