Ekspert: Ermənistan KTMT-dən çıxa bilərbackend

Ekspert: Ermənistan KTMT-dən çıxa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov axar.az-a müsahibə verib.

Müsahibənin maraqlı məqamlarını təqdim edirik:

– Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşü zamanı rəsmi İrəvana silah tədarükünün başladığını deyib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasına Azərbaycanın suveren əraziləri olan Qarabağla bağlı çağırış etdi. Kremlin məqsədi nədir?

– Mahiyyət etibarilə həm Sergey Şoyqu, həm də Sergey Lavrovun son çıxışları bizə Ermənistanın haradan belə “cəsarət” aldığını göstərir. Əlbəttə ki, bu cür addımlar tərəflər arasında əlaqələrə ciddi ziyan vurur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev “CNN Türk”ə müsahibəsi zamanı Azərbaycan və Rusiyanı qonşu, Ermənistan və Rusiyanı strateji müttəfiq adlandırdı. Hesab edirəm ki, Kremldə də yaxşı başa düşürlər ki, Ermənistanın nəzarətdən kənar qalması mövcud Paşinyan hökumətinin və bütövlükdə erməni cəmiyyətinin Rusiyanı Qərblə əvəzləməsinə səbəb ola bilər. Hətta gözləniləndir ki, Ermənistan KTMT-dən də çıxmaq istəsin.

– Ermənistan KTMT-dən niyə çıxsın?

– Ermənistanın qərbyönlü hakimiyyəti bunun üçün müxtəlif bəhanələr tapa bilər.