Ekspert: Eşitsək ki, sabah Paşinyanın özünə qarşı zor tətbiq ediblər…backend

Ekspert: Eşitsək ki, sabah Paşinyanın özünə qarşı zor tətbiq ediblər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatlar Nikol Paşinyanın iradəsindən kənar baş verir. İddiaya görə, Baş nazir ordu üzərində nəzarəti tam həyata keçirə bilmir. Üstəlik Köçəryan-Sarkisyan cütlüyünə bağlı olan hərbçilər münaqişənin yaradılmasında maraqlıdır.

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı yenisabah-a açıqlama verən ehtiyatda olan polkovnik Üzeyir Cəfərov da bu rəyi bölüşür: “Bildiyim budur ki, Azərbaycan bu təxribatlara layiqli cavabını verməlidir və verəcək. Ermənistan ərazisindən, o cümlədən sülhməramlıların müvəqqəti yerləşdiyi Qarabağın dağlıq hissəsindən ordumuzun əsgər və zabitlərinin həyatına real təhlükə yaradılır. Bunu sakitləşdirməyin bir yolu var – güc tətbiqi”.

Ü.Cəfərov əlavə edib:  “Ermənistanda it yiyəsini tanımır. Gah Köçəryanın oğlunu həbs edirlər, gah da Xaçaturovun oğlunu. Eşitsək ki, sabah Ermənistanda Paşinyanın özünə qarşı zor tətbiq ediblər, şəxsən mən təəccüblənmərəm.

Bu gün Ermənistanda ikitirəlik yaranıb. Paşinyanı istəməyən qüvvələrin, məsələn, Xaçaturovun orduda xeyli tərəfdarı var. Eləcə də vaxtilə Köçəryanın ətrafında olan hərbçilər mövcuddur.

Əgər Nikol Paşinyan İlham Əliyevlə Brüsseldə görüşürsə, heç görüş başa çatmamış xəbər alırıq ki, Azərbaycan mövqeləri atəşə tutulub. Moskvaya gedir, orada gələn kimi dərhal atəşkəs pozulur. Əgər bu ordunu həqiqətən Paşinyan idarə edirsə, hökumət başçısıdırsa, sözü keçirsə, o zaman göstəriş verməlidir ki, heç kim səsini çıxarmasın. Lakin görünən odur ki, bəzi yerlərdə heç onu saymırlar.

İkinci izah odur ki, Ermənistanın daxilindəki gərginlikdən diqqəti yayındırmaq üçün Azərbaycanla sərhəddə təxribat törədilir. Yəni mesaj verilir: İrəvanda Paşinyanın istefasını, hakimiyyət davasını edirsiniz, lakin sərhəddə vəziyyət gərgindir…”

Hərbi analitikin sözlərinə görə, bu məsələyə nöqtə qoyulması yekunlaşması üçün Azərbaycan ərazisini təmizləməlidir: “Daha sonra Ermənistanla sənəd imzalanmalı və ermənilər də başa düşməlidir ki, bundan sonra Azərbaycanla normal qonşuluq şəraitində yaşamalıdırlar. Çünki Ermənistanın nə hərbi, nə iqtisadi, nə də siyasi gücü var. Sadəcə Ermənistanı oynadırlar və onları da oynadanlar kimlərdir, onu bilirik”.