Britaniyalı diplomat və təhlükəsizlik üzrə ekspert Yan Proud bildirib ki, Gürcüstanın NATO-ya daxil olması Rusiya ilə müharibəyə gətirib çıxaracaq, bunun üçün belə bir ssenari qəbuledilməzdir və milli maraqları təhdid edir.
NOCOMMENT.az xəbər verir ki, o, bu fikirlərini Gürcüstanın “İmedi” telekanalına verdiyi müsahibə zamanı səsləndirib.
“Əgər siz NATO-ya daxil olmaq istəyirsinizsə, o zaman Rusiya ilə müharibəyə zəmanət verilir”, – deyə Proud qeyd edib.
Ekspertin sözlərinə görə, Gürcüstan Ukraynanın təcrübəsindən dərs götürməlidir. O vurğulayıb ki, NATO Ukraynaya hərbi yardım göstərsədə, birbaşa qoşun göndərməyib və bu yardım əsasən humanitar və sursat təchizatı ilə məhdudlaşıb.
Proud həmçinin qeyd edib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar gözlənilən nəticəni verməyib və Moskvanın siyasətini dəyişdirməyə kifayət etməyib.