Ekspert: İşğaldan azad edilən ərazilərə qayıdış planıbackend

Ekspert: İşğaldan azad edilən ərazilərə qayıdış planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilən ərazilərin yenidən qurulması və bərpası prosesi hazırda dövlətin, eyni zamanda ölkə başçısının başlıca prioritet məsələsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı işğaldan azad olunmuş ərazilərə qayıdışdan əvvəl görüləsi işlərin ardıcıllığı haqda ətraflı məlumat verdi.

NOCOMMENT xəbər verir ki, bunu axar.az-a xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsinin iqtisadi tərəfləri haqda danışarkən deyib.

O bildirib ki, məskunlaşma üçün öncə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin icra edilməsi, sosial obyektlərin tikilməsi, yaşayış üçün şərait yaradılması, evlərin tikilməsi lazımdır: “Cənab Prezident müsahibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə yaradılmış xüsusi idarəetmə strukturunun mahiyyəti haqda ətraflı məlumat verdi. Düşünürəm, bu haqda məlumat verməsi olduqca vacibdir. Çünki işğaldan azad edilən ərazilərdə formalaşdırılan xüsusi idarəetmə strukturu həm də həmin ərazilərimizdə yaradılmaqda olan yeni iqtisadi inkişaf modelinin əsas elementlərindən biri olacaq. Həmin bu iqtisadi model daha sonra ölkənin digər regionlarında da tətbiq ediləcək.

Praktik olaraq bu, həmin ərazilərin iqtisadi inkişafı və yenidən qurulması üçün xüsusi bir zəmin formalaşdırır. Eyni zamanda işğaldan azad edilən ərazilərimizdə fəaliyyətlər sistemli şəkildə kompleks olaraq həyata keçirilir.

Nəzərə alsaq ki, birinci mərhələdə minalardan təmizləmə, daha sonra həmin ərazilərin sistemli şəkildə qurulması reallaşacaq. Bu, həm də növbəti mərhələdə özəl və xarici sərmayənin cəlb edilməsinə şərait yaradacaq. Nəticə etibarilə biz mərhələli şəkildə məskunlaşma və iqtisadi inkişafı müşahidə etmiş olacağıq. Bu konteksdən yanaşsaq, Füzuli şəhərində beynəlxalq aeroportun inşası Füzuli-Şuşa magistral yolunun çəkilməsi də regionun inkişaf etməsi baxımından vacibdir”.