Ekspert Kavano: Tramp Avropanı Ukrayna danışıqlarından qorumalıdırbackend

Ekspert Kavano: Tramp Avropanı Ukrayna danışıqlarından qorumalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə çatdırmalıdır ki, onların Ukrayna nizamlanmasına müdaxiləsi arzuolunmazdır, çünki Brüssel diplomatik səyləri puça çıxara bilər.

NOCOMMENT.az bildirir ki, bu fikri Vaşinqtonun Müdafiə Prioritetləri analitik mərkəzinin əməkdaşı Cennifer Kavano Responsible Statecraft portalında dərc olunan məqaləsində bildirib .

“Tramp administrasiyası Avropanın qeyri-konstruktiv müdaxiləsinə qarşı bufer rolunu oynayaraq danışıqlarda iştirakını mülayimləşdirə bilər. İndiyədək Avropa liderləri Zelenskini əsassız məqsədlər, qeyri-real gözləntilər qoymağa və əldə edilən irəliləyişi tənqid etməyə təşviq ediblər”, – o yazır. “Birləşmiş Ştatlar hələ də Avropa üzərində əhəmiyyətli təsirə malikdir və Tramp administrasiyası bundan Brüsselin gələcək diplomatik səylərinə zərbə vurmasının qarşısını almaq üçün istifadə etməkdən çəkinməməlidir”. Ekspertin fikrincə, Amerika prezidenti “avropalı həmkarlarına cari danışıqlara müdaxilənin arzuolunmaz olduğunu və transatlantik münasibətlər üçün nəticələrə səbəb olacağını çatdırmalıdır”.

Kavano qeyd edir ki, Tramp Rusiyaya qarşı “artan sanksiyalar və ya hərbi təzyiq çağırışlarına məhəl qoymamalıdır”. O, həmçinin hesab edir ki, Vaşinqton danışıqlara ev sahibliyi edə və Moskva ilə Kiyev arasında dialoqa kömək edə bilər.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov EEF çərçivəsində TASS-a müsahibəsində deyib ki, cilovsuz Avropa militarizmi Ukraynadakı vəziyyətin həllini çətinləşdirir.