Ekspert MTRŞ və Azərkosmos-a çağırış etdi: Bu kanalların yayım dərhal dayandırılmalıdırbackend

Ekspert MTRŞ və Azərkosmos-a çağırış etdi: Bu kanalların yayım dərhal dayandırılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, Rusiya televiziya kanalları və başqa informasiya resursları Azərbaycana qarşı qərəzli, birtərəfli təbliğat aparır. Qarabağ ətrafı işğal olunmuş rayonlarda gedən döyüş əməliyyatları ilə bağlı Ermənistan təbliğat ruporlarının hazırladıqları materiallar tirajlanır, bu zaman qarşı tərəfin mövqeyi işıqlandırılmır. Təəssüf ki, bu informasiya resurslarının bir hissəsi Azərbaycan efir məkanında maneəsiz translyasiya olunur. Yerli kabel televiziyaları hələ də onları yayım paketindən çıxarmayıb.

Bu şəraitdə Azərbaycanın müvafiq qurumları nə etməlidir? Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərkosmos və Milli Televiziya və Radio Şurasının (MTRŞ) indiki anda ata biləcəyi addımlardan danışıb.

“Azərkosmos Cənubi Qafqazda ilk və yeganə peyk operatorudur. Qonşu ölkələrin, həmçinin Rusiyanın, eyni zamanda bir sıra xarici ölkələrin TV kanalları Azərkosmos-un “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri vasitəsilə yayımlanır. Artıq müşahidə etmək olur ki, məsələn, Rusiyanın bir sıra TV kanalları Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər”, – deyə ekspert bildirirb.

O.Gündüzün sözlərinə görə, ölkəmizdə xeyli sayda xarici TV-lər Kabel və İPTV Operatorlar tərəfindən retranslyasiya olunur: “Onların paketlərində xeyli sayda xarici TV-lər yer alıb. Ötən gün MTRŞ son hadisələrlə bağlı faydalı bir açıqlama verib, yerli TV kanallara tövsiyələr verib və erməni dairələrin nəzarətində olan kanalların retranslyasiyasının dayandırılmasını bu operatorların öz üzərinə qoyub. Düşünürəm ki, məhz bu məsələdə daha sərt mövqe sərgilənməlidir”.

Mütəxəssis qeyd edib ki, kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici telekanalların siyahısını MTRŞ təsdiqləyir: “Fikrimcə, MTRŞ və Azərkosmos Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən, anti-Azərbaycan mövqeyində olan xarici TV kanalları müəyyən etmək üçün monitorinq aparmalı, bu məqsədlə sahə üzrə ekspertləri cəlb etməlidir. Ölkəmizə qarşı qərəzli mövqedə olan TV kanallara milli peyklərimiz vasitəsilə xidmət göstərilməsi və ya yerli operatorlar vasitəsilə retranslyasiya olunması dərhal dayandırılmalıdır.

Ölkəmiz üçün Böyük Vətən Müharibəsinin getdiyi zamanda kommersiya maraqları arxa plana keçirilməli və anti-Azərbaycan mövqeli TV kanallarla hər hansı əməkdaşlıq olmamalıdır”.