Ekspert orqanizm üçün ən müalicəvi ətin adını AÇIQLADI – nə quzu ətidir, nə qoyun, nə də malbackend

Ekspert orqanizm üçün ən müalicəvi ətin adını AÇIQLADI – nə quzu ətidir, nə qoyun, nə də mal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əhaliyə maraqlı olan mövzulardan biri də qoyun, yoxsa quzun ətinin daha dadlı olma mövzusudur. Bu mövzuda fikirlər müxtəlifdir.

Bəs ümumiyyətlə hansı insanlara qoyun və quzu əti yemək olmaz?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, qoyun əti yoxsa quzu əti mövzusunda hər zaman fikir ayrılıqları olur. Yaşlı nəsil nümayəndələri daha çox qoyun və qoç ətinə üstünlük verirlər:

“Buna da səbəb, deyilənə görə, qoyun əti və yaxud qoç ətinin yetişmiş ət, yəni özünü tutmuş ət hesab olunmasıdır. Bu ətlərin əzələsi tam yetişmiş olur, ətin özünün xüsusi spesifik yapışqanlığı olur, bu ət daha dadlı və daha tutumlu olur. Yaşlı nəsil nümayəndələri istədikləri dadı məhz bu ətdən ala bilirlər”.

Ekspertin sözlərinə görə, quzu əti ilə qoyun ətinin müqayisəsində gənc nəsil quzu ətinə daha çox üstünlük verir:

“Səbəb odur ki, quzu əti daha tez bişir, quzu ətini gənc nəsil daha dadlı hesab edir. Quzu ətində yağlılıq az olur, o cümlədən quzu ətinin həzm olunması daha rahatdır. Qoyun və qoç əti isə daha bərk olur. Piy toxumaları daha sıx, əzələ sistemi daha bərk olur. Müqayisədə qoyun və quzu ətinin tərkibində vitaminlər, bioloji aktiv maddələr daha çox və daha zəngin olur”.

İ.Şirinov qeyd etdi ki, yaşlı nəsil qoyun ətinə ona görə üstünlük verir ki, dediklərinə görə, quzu ətindən süd qoxusu gəlir:

“Çünki bildiyimiz kimi, 2 illik, 1 il yarımlıq qoyun, qoç əti onların daha çox ağız dadına uyğundur. Gənc nəsilin quzu ətinə üstünlük verməsi əsasən həzm məsələsi ilə əlaqəlidir. Quzu ətini sobada bişirmək daha rahat olur, qoç ətində isə bu proses daha ləng gedir. Çünki onu sobada bişirmək və ya kabab etmək üçün müəyyən işlər görülməlidir. Xüsusi ədviyyatlardan və yumşaldıcı vasitələrdən istifadə etmək lazımdır.

Enerji baxımından qoyun ətinin enerjisi quzu ətinin enerjisindən daha çoxdur. Bu səbəbdən təzyiq problemindən əziyyət çəkənlər, şəkər xəstəliyindən əziyyət çəkənlər qoyun ətindən az istifadə edirlər. Çünki istifadə zamanı onlarda təzyiq qalxması və şəkər artması müşahidə olunur”.

Ekspert hesab edir ki, bütün bu müqayisədə həm ürək xəstəliyindən əziyyət çəkən, immunitet zəifliyi olan insanların istifadə edə biləcəyi ən yaxşı ət keçi ətidir.

“Dietoloqların da təklifləri bu yöndədir. Çünki orqanizm üçün ən müalicəvi ət keçi əti hesab olunur. Keçi əti həm yaxşı kalori verə bilir, həm yaxşı bişir və bişdikdən sonra spesifik xüsusi dadı olur. Ən əsası, keçi əti orqanizmdə xəstə hüceyrələrin çoxalmasının qarşısını alır. Həmçinin faydalı olması ilə yanaşı, həzm prosesində heç bir problem yaratmır. Tərkibində B1, B2 vitaminləri daha zəngindir. Bildiyimiz kimi, keçi qoyun və quzu ilə müqayisədə daha yüksəkdən ot yemir. Ağacın gülünü və yaxud hansısa bir qayalıqda olan bitkinin çiçəyi ilə qidalanır. Keçi ətindən şəkər, ürək-damar xəstəliyindən əziyyət çəkənlərin istifadəsi daha rahatdır. Keçi əti dietik hesab olunduğundan bu kimi xəstəlikdən əziyyət çəkən insanlarda heç bir narahatlıq yaratmır. Eyni zamanda qaraciyərə müsbət təsirləri var. Keçi əti nadir ət növüdür ki, heç bir allergiyaya səbəb olmur”, – deyə İ.Şirinov vurğuladı.