Ekspert: Prezident İranla açıq danışmağa məcbur oldubackend

Ekspert: Prezident İranla açıq danışmağa məcbur oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezidentin İranla bağlı açıqlamalarını o qədər də sərt hesab etmirəm, əksinə, Azərbaycanın dövlət başçısı siyasi-diplomatik dildə, mötədil mövqedən çıxış edərək, yumşaq formada fikirlərini ifadə etdi”.

NOCOMMENT xəbər verir ki, yenisabah-a açıqlamasında bu sözləri politoloq Sülhəddin Əkbər qeyd edib.

Siyasi ekspert hesab edir ki, İranın davranışları istər İkinci Qarabağ savaşından öncə, istərsə də sonrakı dövrlərdə Azərbaycanı bu ölkəyə qarşı daha sərt mövqedə olmağa məcbur edib: “Təbii ki, Azərbaycan bütün reallıqları nəzərə alır və İranla indiki halda münasibətlərin pozulmasında, onlardan fərqli olaraq maraqlı tərəf deyil. Düşünmürəm ki, Prezidentin bu açıqlamaları İranın davranışında hansısa köklü dəyişiklərə gətirib-çıxardacaq. Ola bilsin ki, İran bundan sonra daha diqqətlə və daha həssas yanaşacaq, amma mahiyyət etibariylə siyasətini dəyişəcəyini düşünmürəm.

Prezidentin də açıqlamarından göründüyü kimi, Azərbaycan çalışıb ki, diplomatik kanallarla mövqeyini çatdırsın, nəticəyə nail olsun, amma görünür edilən bu xəbərdarlıqlar nəticə vermədiyinə görə, dövlət başçısı artıq publik olaraq mövqe bildirməyə məcbur olub”, – deyə ekspert fikirlərini tamamlayıb.