Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADIbackend

Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsanlar tərəfindən istifadə edilən istixanalar və oradan atmosferə buraxılan qazlar planetin istiləşməsinin əsas faktorudur. Bu, artıq qanunauyğunluqdur, insan fəaliyyəti ekologiyaya təbiətdə gedən proseslərdən daha çox təsir göstərir”.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.

O, 2023-2024-cü illərdə qeydə alınan El Nino (Sakit okeanın səth sularının istiləşməsinə səbəb olan və nəticədə bütün planetin iqliminə əhəmiyyətli dərəcədə təsir edən təbii hadisə – red.) mərhələsinin 2025-ci ilin aprelində başa çatdığını və hələ payızın sonuna qədər bərpa olunmayacağını bildirib.

Mütəxəssis qeyd edib ki, beynəlxalq alimlər qrupu müəyyən edib ki, insanların yaratdığı iqlim dəyişikliyi səbəbindən təxminən 4 milyard insan – dünya əhalisinin təxminən 49%-i son bir ildə ən azı 30 gün qeyri-təbii istilərlə qarşılaşıb.