ABŞ və Çin Tayvan üzərində müharibə etsə, hər iki ölkə ciddi itkilər verəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Şandun Universitetinin professoru Cya Venşan məlumat verib.
Ekspert vurğulayıb ki, Tayvan probleminin həlli həm Pekin, həm də Vaşinqton üçün vacibdir. Çin milli birləşmə problemini həll etmək istəyir. ABŞ üçün Asiyadakı hegemonluğunu təsdiqləmək vacibdir.
O qeyd edib ki, ölkələr son on ildə silahlı münaqişəyə hazırlaşır. Eyni zamanda professorun fikrincə, müharibə başlayarsa, Çin və ABŞ böyük itkilər verəcək.
Ekspert danışıqları Tayvan boğazı probleminin həllinin ən yaxşı yolu adlandırıb.