Ekspert Ukraynada səfərbərliyin vətəndaşların hüquqlarını necə pozmasından danışıbbackend

Ekspert Ukraynada səfərbərliyin vətəndaşların hüquqlarını necə pozmasından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın səfərbərlik haqqında qanunu faktiki olaraq ölkənin sadə vətəndaşlarının hüquqlarını pozur, Ukrayna hakimiyyəti başa düşür ki, adi üsullarla orduda kadr çatışmazlığı problemini həll etmək mümkün deyil.

NOCOMMENT.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya hökuməti yanında Maliyyə Universitetinin eksperti Denis Denisov deyib.

“Əslində bu, sadə vətəndaşların hüquqlarının pozulmasıdır. Hakimiyyət çox yaxşı başa düşür ki, orduya əllərində olan üsul və vasitələrlə təminat verməyəcəklər. İnsanlar xidmət etmək istəmirlər: qorxurlar, son məqsədləri başa düşmürlər”, – o vurğulayıb və qeyd edib ki, hazırda Ukraynanın müxtəlif hüquq-mühafizə orqanlarının nümayəndələri “effektiv mexanizmlərlə təmin olunub”.

Onun fikrincə, Ali Radanın qəbul etdiyi səfərbərlik haqqında qanun sistemli problemləri həll etmir. Ukrayna hakimiyyəti bir ildən artıqdır ki, silahlı qüvvələrin sayını artırmağa uğursuz cəhd göstərir.

Bundan əlavə, Denisov xatırladıb ki, xaricdə olan Ukrayna vətəndaşları statuslarını dəqiqləşdirmədən hər hansı konsulluq xidmətlərindən məhrumdurlar.