Ekspert: Yunan əlifbasında hərf bitəndə koronavirus da bitəcəkmi?backend

Ekspert: Yunan əlifbasında hərf bitəndə koronavirus da bitəcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçən ilin avqust ayında SMS-lə evdən çıxmaq ləğv olundu, bir çox yumşalmalara gedildi. Lakin 2020-ci il avqustun 10-da cəmi 79 yeni yoluxma faktı qeydə alınmışdı, 2 nəfər vəfat etmişdi. Həmin dövrdə ölkədə vaksin vurulan heç kim yox idi”.

NOCOMMENT xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

“2021-ci il avqustun 10-da isə 1 736 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər vəfat edib. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 milyonu keçib. Axı bunun izahı olmalıdır, ya yox?! Yaxşı, deyirdilər ki, vaksin yoluxmanı yox, ağır xəstə və ölüm sayını azaldır, o zaman necə olur ki, 3,2 milyon nəfərə ən azı 1 doz vaksin vurulub, 2,3 milyona yaxın isə hər iki doz vaksin alıb, amma keçən ilin eyni gününə görə yoluxma sayı 22 dəfə, ölüm sayı isə 6 dəfə artıb? Bunu izah edən mütəxəssis, dövlət qurumu olmalıdır, insanların məntiqi ilə bu qədər oynamaq olmaz! ÜST də deyir ki, indi də “Lyambda” ştamı gəlir, yaxşı, yunan əlifbasında hərf bitəndən sonra nə olacaq?”, – deyə Natiq Cəfərli əlavə edib.