Ekvadorda Britaniyanın fəxri konsulu qaçırılıbbackend

Ekvadorda Britaniyanın fəxri konsulu qaçırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Quayakildəki fəxri konsulu Kolin Armstronq qaçırılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Oğurluq şənbə günü səhər tezdən Ekvadorun Los Rios əyalətində baş verib.

Öz növbəsində Ekvador polisi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib ki, “bu səhər tezdən Los Riosda iş adamına qarşı baş vermiş cinayətlə əlaqədar Ekvador polisinin ixtisaslaşmış bölmələri istintaq-əməliyyat tədbirləri həyata keçirir”.

Qəzet yazır ki, konsulla birlikdə daha bir nəfər qaçırılıb.