Əl-Cəzirə: İran bundan sonra təmkin nümayiş etdirməyəcəkbackend

Əl-Cəzirə: İran bundan sonra təmkin nümayiş etdirməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailə endirilən zərbələrdən sonra İran Qətər vasitəsilə ABŞ-a xəbərdarlıq edib ki, bundan sonra birtərəfli təmkin nümayiş etdirməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” İran rəsmisinə istinadən məlumat yayıb.

“Vaşinqtona dolayı rabitə kanalları vasitəsilə göndərdiyimiz mesajda biz təsdiq etdik ki, yalnız bir tərəfdən təmkinlilik mərhələsi başa çatıb və birtərəfli təmkin bizim milli təhlükəsizliyimizin ehtiyaclarına cavab vermir”, – deyə kanalın həmsöhbəti bildirib.

Bundan əlavə, Əl-Cəzirə telekanalının məlumatına görə, Tehran Vaşinqtona İsrailin İrana qarşı hər hansı bir hücumunun “fövqəladə cavab”la qarşılaşacağını bildirib. Eyni zamanda xəbərdarlıqda İranın regional müharibə istəmədiyi vurğulanıb.

Bundan əvvəl İran rəhbərliyinin İsveç vasitəsilə İsrailə raket hücumu ilə bağlı ABŞ hakimiyyətinə müraciət etdiyi bildirilib.