İsrail Qəzza zolağına gələn humanitar yardımın 83%-nə qədərini əngəlləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı bir qrup xeyriyyə təşkilatının birgə bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, İsrail tərəfindən çatdırılması əngəllənən humanitar yardımların ümumi həcmi “tədarüklərin cəmi 34%-nin dayandırıldığı 2023-cü illə müqayisədə xeyli artıb”.
Bəyanatda həmçinin qeyd olunub ki, hazırda “Qəzza zolağı əhalisinin 100%-i humanitar yardımın çatdırılmasından asılıdır”.