“Əl-Cəzirə” müxbiri Qəzzada yaralandıbackend

“Əl-Cəzirə” müxbiri Qəzzada yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə hücumu zamanı Əl-Cəzirə telekanalının müxbiri Vail ed-Dahduh əlindən və mədəsindən yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, şahidlər Dahduhun əlindən və qarnından yaralandığını bildiriblər.

Səhiyyə mənbələri Dahduhun yüngül xəsarət aldığını, vəziyyətinin stabil olduğunu qeyd edib.

Oktyabrın 25-də İsrailin Qəzza zolağındakı Nuseyrat Qaçqınlar Düşərgəsindəki bir evi hədəf aldığı hücumda Dahduhun həyat yoldaşı, oğlu və qızı da daxil olmaqla bir çox ailə üzvü həyatını itirib.