Şənbə günü Sudanın Xartum əyalətinin Omdurman şəhərindəki bazara artilleriya hücumu nəticəsində azı 61 nəfər həlak olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanal yerli həkimlərin məlumatlarına istinad edərək, atışma nəticəsində 65-dən çox insanın xəsarət aldığını bildirib.