El Nino hava hadisəsi başladı! Dünyanın ən isti ili ola bilərbackend

El Nino hava hadisəsi başladı! Dünyanın ən isti ili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada istiləşməyə səbəb olan El Nino hava hadisəsinin başladığını açıqlayan ABŞ rəsmiləri 2024-cü ilin yəqin ki, dünyanın ən isti ili olacağını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Sakit okeanda El Nino hava hadisəsi başlayıb. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) verdiyi açıqlamada bütün planeti təsir edən hava hadisəsinin önümüzdəki aylarda yavaş-yavaş təsirini artıracağı bildirilib. İqlim Mütəxəssisi Mişel L’Heureux verdiyi açıqlamada El Nino-nun gücündən asılı olaraq dünyanın bəzi yerlərində quraqlıq riskinin artması və güclü yağış kimi müxtəlif mənfi təsirlərə səbəb ola biləcəyini və temperatur rekordunun yaşana biləcəyini söylədi.