Elastik ekranlı “iPhone”un buraxılmamasının səbəbi açıqlandıbackend

Elastik ekranlı “iPhone”un buraxılmamasının səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Apple” ilk qatlanan “iPhone”u buraxmağa mane olan texniki problemlərlə üzləşib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “TrendForce” analitik şirkətinin son hesabatına istinadən “9to5Mac” məlumat yayıb.

“TrendForce” tədqiqatçıları iddia edirlər ki, “Apple” özünün yaxınlaşan qatlana bilən cihazının komponentlərinin xüsusiyyətlərini və performansını qiymətləndirməyə davam edir. İT nəhənginin rəhbərliyi bu komponentlərin etibarlılığının yüksək səviyyədə olmasında israrlıdır. Hesabatda qeyd edilir ki, qatlana bilən “iPhone”un buraxılışına əsas maneə ekranın bükülmə xəttindəki qırışdır.

Mütəxəssislərin fikrincə, “Apple” açıldıqda tamamilə hamarlaşan çevik ekran materialı hazırlamağa çalışır. Şirkət öz cihazlarının qırış kimi qüsurları ilə tanınan “Samsung” smartfonlarına bənzəməsini istəmir.

Bundan əlavə, “Apple” nümayəndələri qatlana bilən cihazların hələ də məşhur məhsulları olmadığına inanırlar. “TrendForce” statistikasına görə, onların smartfon bazarındakı payı cəmi 1,5% təşkil edir. Bu seqmentin 2028-ci ilə qədər cüzi, lakin 4,8%-ə qədər artacağı gözlənilir.

Nəhayət, “TrendForce” analitikləri ilk qatlanan “iPhone”un buraxılış vaxtını proqnozlaşdırırlar. Onların hesablamalarına görə, belə bir cihaz bazarda 2027-ci ildən tez olmayacaq.