Əlbəyaxa döyüş üzrə məşhur idmançımız vəfat edibbackend

Əlbəyaxa döyüş üzrə məşhur idmançımız vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərq əlbəyaxa döyüş növləri üzrə tanınmış mütəxəssis, beynəlxalq dərəcəli hakim, Turan Do döyüş sənətinin banisi Süleyman Məmmədlinin vəfat etdiyi barədə xəbər yayılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə onun sosial şəbəkədəki səhifəsində qeyd edilib. 73 yaşlı idmançının ölüm səbəbi kimi koronavirusa yoluxması göstərilib.

Süleyman Məmmədli 1948-ci ildə Tovuz rayonunda anadan olub. Orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb. Daha sonra Azərbaycanda İdman Akademiyasını bitirib. 1969-cu ildə ilk dəfə karate idman növüylə tanış olduqdan sonra Şərq döyüş növləriylə məşul olmağa başlayıb. 1980-ci illərdə şəxsi çağırışla Macarıstana gedib və idman dərəcəsi alıb. 70-dən artıq döyüş sənətini öyrənib.

Müxtəlif beynəlxalq seminarlarda iştirak edib, 47 dövlətdə olub. 2004-cü ildə Amerikada taekvandonun yaradıcılarından olan Bok Mann Kimlə tanış olub. Bundan sonra Çun Kuhn Do ilə məşğul olub. İlk dəfə dünyada ən yüksək dərəcə olan Qrand master dərəcəsini Amerikada alıb.

Əlbayaxa döyüşün 4 növü üzrə 10-cu dan qara kəmər, 10 növü üzrə isə Qrand master dərəcəsi alıb.