“Elbrus Orucov Laçına hərbçi kimi deyil, turist kimi gəlmişdi” – Məğlubiyyət generalları – FOTO/VİDEObackend

“Elbrus Orucov Laçına hərbçi kimi deyil, turist kimi gəlmişdi” – Məğlubiyyət generalları – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elbrus Orucov Laçına hərbçi kimi deyil, turist kimi gəlmişdi” 1992-ci ilin may ayının 18-i deyil, məhz 17 may tarixində Laçın işğal olundu. Artıq həmin tarixdən 28 il ötür.

Laçını qorumaq mümkün idimi?

Laçının işğalı hanslı səbəblərdən baş verdi.

NOCOMMENT.az APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin 2017-ci il buraxılışını oxucuların diqqətinə təqdim edir:

General-mayor Elbrus Orucov

Laçın rayon İcra Hakimiyyətinin sabiq başçısı Azər Məmmədovun sözlərinə görə Laçını qorumaq olardı: “Özü də söhbət tək Laçından yox, ətraf ərazidən gedir”. Keçmiş batalyon komandir Muxtar Həşimov Laçında mütəşəkkil batalyonun formalaşdığını, hətta sonradan onun alay səviyyəsinə qaldığını vurğulayıb. M.Həşimovun sözlərinə görə o zamankı Azərbaycan rəhbərliyinin qeyri-müəyyən səbəblərdən Qarabağla Ermənistan arasında dəhliz açmaq qərarının yerli alay və polis dəstələrinin müqavimətilə müşahidə edildiyini vurğulayıb: “Laçın dəhlizi açılandan sonra Laçın döyüşçüləri Qubadlının işğalına qədər, 1993-cü ilin avqust ayına qədər həmin əraziləri düşmənə vermədi. Laçının işğalı zamanı 300-ə qədər şəhid verdik”. Muxtar Həşimov onu da qeyd edib ki, əslində Laçın mayın əvvəlindən hücumlara məruz qalırdı. Keçmiş qərargan rəisi, polkovnik-leytenant Rafiq Nağıyev Laçının xəyanət nəticəsində işğa edildiyini söyləyib: “Məhkəmə prosesində 99% bu məsələ təsdiq olundu. Elbrus Orucov Laçına hərbiçi kimi yox, turist kimi gəlmişdi. Postları maşınla gəzmək yox idi. Komandirə yaraşmayan hərəkətlərdi, komandir idarə etməlidir”.

Rafiq Nağıyevin sözlərinə görə Elbrus Orucov ermənilərin Şuşa üzərinə hücumu barədə yerli rabitəçi tərəfindən məlumatlandırılsa da, buna biganə yanaşmışdı: “Artilleriya hücumu başlananda Elbrus Orucov maşına oturur və 40 km. məsafədə yerləşən Kosalar kəndinə gedir”. Rafiq Nağıyev gesab edir ki, Elbrus Orucovun müstəlif vaxtlarda texnika və canlı qüvvənin Şuşadan çıxarılması, Şuşanın hərbi aviasiya ilə bombalanmasına dair söylədiyi məlumatlar peşəkar hərbiçiyə yaraşmayan ifadələrdir. Keçmiş qərargah rəisinin sözlərinə görə hələ mayın 15-də Şuşa ilə Laçın arasındakı Turşsu qəsəbəsindəki qüvvələr heç bir hücum olmadan çıxarıldı.

Yazıçı fəxri Uğurlu bildirib ki, Laçının işğalı Erminstanla Dağlıq Qarabağ arasındakı dəhlizi açmaq məqsədi güdürdü. Fəxri Uğurlunun sözlərinə görə əmisigil öz kəndində 54 gün mühasirədə qalmışdılar. Azər Məmmədov bildirib ki, Laçın ətrafında Kəlbəcərlilər də səngər qazırdılar: “Yəni Laçın, Kəlbəcər fərqi yox idi, hamı torpağı qoruyurdu. Bizim səhvimiz ondan ibarət idi ki, Laçını laçınlılar qorumalıdır, Bərdəni bərdəlilər. Yanaşma tərzi belə olduğundan camaat tək qaldı”. A. Məmmədov Laçının işğalında xəyanət faktorunu görmədiyini söyləyib: “Ən ağır vaxtda kadr dəyişikliyini qeyd etmək lazımdır. Elbrus Orucov işi əlaqələndirə bilmədi, tez-tez Şuşaya qaçırdı. Biz Ayaz Mütəllibovun yanına gəldik. Mən dedim ki, elə bil Azərbaycanda hakimiyyət yoxdur. Bizim arxamız yoxdur. Biz niyə adi trubanın ucuna torba keçirib, çaladan üzünü tutmalıydıq Ermənistana, amma onlar real topu bizə tuşlayıblar”.

Keçmiş İcra Başçısı onu da qeyd edib ki, Ayaz Mütəllibovla görüşmələrinə baxmayaraq, Laçına hər hansı kömək apara bilmədilər. Laçında komandanlığın kim əlində cəmləşməsi sualını cavablandıran Rafiq Nağıyevin söyləyib ki, həmin ərazidə yüksək nizam-intizamın yaranması Arif Paşayevin adı ilə bağlıdır: “Kadrlara baxsaz görərsiniz ki, geyim, yüksək səviyyəli nizam-intizam var. 30-u apreldə Müdafiə nazirinin əmri ilə Şuşa, Laçın, Qubadlı batalyonları ləğv edildi. Bunların yerində 704 nömrəli briqada yaradılır. Bunun özü xəyanətkar əmr idi və əmri Şahin Musayev vermişdi. Mən dedim ki, əmrə tabe olmuram, çünki rəsmi şəkildə hərbi hissəyə əmr gəlməlidir”. R. Nağıyevin sözlərinə görə əmr qeyri-rəsmi gəlsə də, onu gizlədibmiş.