Əlcəzair rusiyalı turistlər üçün sərhədləri açmaq niyyətindədirbackend

Əlcəzair rusiyalı turistlər üçün sərhədləri açmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan gələn turistlər uzun müddətdir xarici qonaqlar üçün bağlı qalan Əlcəzairə səfər edə bilərlər.

NOCOMMENT.az xəbər verir ki, “Accents” nəşrinin yazdığına görə, Əlcəzair hakimiyyəti, görünür, turizmlə bağlı siyasətini dəyişməyə hazırdır.

Ötən il Əlcəzair turizm infrastrukturunun inkişafı, o cümlədən viza rejiminin sadələşdirilməsi üzərində işə başlayıb. Hazırda yalnız ölkənin cənubuna istirahət üçün səyahət edən mütəşəkkil qrup turistlərin viza almasına icazə verilir.

Bu dəyişikliklər artıq müəyyən nəticələr verib: son bir ildə verilən vizaların sayı on minə çatıb. Ən çox ziyarətçilər Əlcəzairə dostlarını və qohumlarını ziyarət etmək üçün gəlirlər.

Rusiya vətəndaşları hazırda yalnız Əlcəzair səfirliyi vasitəsilə viza ala bilərlər. Buna baxmayaraq, Moskva ilə Əlcəzairin paytaxtı arasında birbaşa hava əlaqəsi mövcuddur.