Elçin Sadıqov aclıq aksiyasına başladıbackend

Elçin Sadıqov aclıq aksiyasına başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə Elçin Sadıqovun vəkillərı çıxış edib və daha sonra özü danışıb. Onlar həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər.

Vəkil İradə Cavadova məhkəmə iclasından sonra juralistlərə bildirib ki, Elçin Sadıqov məhkəmədə aclıq aksiyasına başladığını elan edib. O, E.Sadıqovun həbs edildiyi gündən aclığa başladığını əlavə edib.

Növbəti proses sentyabrın 17-də olacaq.

Qeyd edək ki, Elçin Sadıqov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.