Elçin Şıxlı: Bu agentliyin yaradılması zəruri idibackend

Elçin Şıxlı: Bu agentliyin yaradılması zəruri idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkədə ümumi islahatlar gedir. Azərbaycan mediasında islahatların aparılmasının labüdlüyü barədə hamı danışırdı. Nəticədə Prezidentin 12 yanvar 2021-ci il tarixli fərmanı ilə Medianın İnkişafı Agentliyinin nizamnaməsi təsdiq edildi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun varisi hesab oluna bilər, ona aid olan vəzifələr həmin quruma veriləcək.

KİVDF ancaq çap mediası ilə məşğul idisə, yeni yaradılan agentlik həm televiziya və radio, həm çap mediası, informasiya agentlikləri, həm də onlayn medianın problemləri ilə məşğul olacaq. Eyni zamanda jurnalistlərin peşəkarlığının artırılması və s. məsələlər də bu dövlət agentliyinə aid olacaq”.

NOCOMMENT xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-“Zerkalo” nəşrlərinin baş redaktoru Elçin Şıxlı deyib.

O bildirib ki, Medianın İnkişafı Agentliyinin qarşısında yerinə yetirilməli olan çox böyük vəzifələr dayanır: “Onların həyata keçirilməsi çox gərgin əmək və zəhmət tələb edəcək. Bir ay ərzində təşkilatlanmalıdır, iki ay ərzində mətbuatla bağlı qanuna dəyişikliklə əlaqədar parlamentə təklif göndərilməlidir. Ondan sonra işlər başlayacaq. Ümumiyyətlə, bu agentliyin yaradılması zəruri idi. Müsbət nəticələri özünü uzun müddət sonra göstərməyə başlayacaq. Müsbət dinamikanın qısa müddətdə olması gözlənilən deyil. Belə problemlər bir günə həll olunmur. Məsələyə kompleks yanaşmaq lazımdır”.