Bakı Şəhər İcra Hakimiyyəti “Dəftərxana və təsərrüfat xərcləri”, “Yanacaq və sürtkü materiallarının alınması” və “Nəqliyyat vasitələrinin cari təmir xərcləri” üzrə malların və xidmətlərin satınalınması üçün tender üzrə müqaviləni “FOKUS SAPP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.
NOCOMMENT.az xəbər verir ki, satınalmanın dəyəri 80.875 AZN təşkil edir və müqavilə artıq rəsmiləşdirilib.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrində qeyd olunub ki, “SAVA SOBB” (VÖEN: 1009294841) Məhdud Məsuliyyətli Cəmiyyəti 18.09.2025-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 manatdır, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ştq, Eldar Babayev, ev 58 və qanuni təmsilçisi Balayev Səbuhi Gülhüseyn oğlu olaraq göstərilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. /32gun.az/













