Eldar Həsənov məhkəməsinin yekunlaşmasını istəyibbackend

Eldar Həsənov məhkəməsinin yekunlaşmasını istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

NOCOMMENT xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.

Eldar Həsənov bildirib ki, səhhəti tez-tez pisləşir. O, prosesin tezliklə yekunlaşmasını istəyir.

Daha sonra ittihamlara münasibət bildirən E.Həsənov özünü təqsirli bilmədiyini söyləyib.

Vəkillər məhkəmədən bir neçə epizod üzrə əlavə şahidlərin çağırılması barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.

Proses noyabrın 22-də davam etdiriləcək.