Eldar Həsənovun məhkəmə qərarının tarixi açıqlandıbackend

Eldar Həsənovun məhkəmə qərarının tarixi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan verdiyi şikayətə baxılıb.

NOCOMMENT-in xəbərinə görə, hakim Rəşad Abdulovun sədrliyi ilə bağlı keçirilən prosesdə şikayətin dəlilləri araşdırılıb.

Növbəti proses sentyabrın 22-ə təyin edilib.

Qeyd edək ki, apelyasiya şikayəti E.Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin girov qətimkan ilə əvəz edilməməsiylə bağlı vəsatətin təmin edilməməsi ilə bağlı Nəsiumi Rayon Məhkəməsinin qərarından verilib.

Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.