Eldar Həsənovun məhkəməsində MARAQLI MƏQAM: Səfirliyin əməkdaşları dindiriliblərbackend

Eldar Həsənovun məhkəməsində MARAQLI MƏQAM: Səfirliyin əməkdaşları dindiriliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə Serbiya səfirliyində işləyən 4 nəfər şahid qismində dindirilib.

Prokurorluq və vəkillərin suallarını cavablandıran şahidlər bildiriblər ki, işlədikləri dövrdə Eldar Həsənovdan heç bir qanunsuz tapşırıq və göstərişlər almayıblar.

Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib.