Eldar Həsənovun şəbəkəsi araşdırılır – Kimlərin həbsi gözlənilir?backend

Eldar Həsənovun şəbəkəsi araşdırılır – Kimlərin həbsi gözlənilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldı.

NOCOMMENT.az “BakuPost”a istinadən xəbər verir ki, artıq E.Həsənova yaxın olan bir sıra səlahiyyətli şəxslərlə bağlı da araşdırmalar başlayıb.

Məlumata görə, haqqında araşdırma aparılan şəxslərin arasında XİN işçiləri ilə yanaşı, bir neçə millət vəkili də var.

Hətta sabiq Baş prokurora yaxınlığı ilə seçilən bəzi QHT, diaspor təşkilatı rəhbərləri və jurnalistlərin də fəaliyyəti yoxlanılır.

Xatırladaq ki, E.Həsənovun həbsi ilə bağlı DTX-nin yaydığı məlumatda maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr olduğu bildirilmişdi.