Eldar Qəribovun “Unibank”ı müştərisinin pulları “itir”? – Şikayətçi bank tərəfindən dələduzluğa məruz qaldığını İDDİA EDİR – FOTObackend

Eldar Qəribovun “Unibank”ı müştərisinin pulları “itir”? – Şikayətçi bank tərəfindən dələduzluğa məruz qaldığını İDDİA EDİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Unibank”la bağlı sosial şəbəkələrdə yeni şikayət yayılıb. Aygün Özkök Abdullayeva adlı vətəndaş 30 iyul tarixində Western Union vasitəsilə etdiyi pul göndərişindən sonra hesabından məbləğ çıxılmasına baxmayaraq, ona MTCN kodunun təqdim edilmədiyini bildirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Aygün Özkök Abdullayeva sosial şəbəkədə yazıb: “30 iyulda Western Union ilə pul göndərmişəm. Hesabımdan məbləğ çıxılıb və mənə MTCN kodu verilməyib. Pulumun geri qaytarılmasını tələb edirəm, heç bir şəkildə köməklik göstərilmir. Rəsmən dələduzluq edirlər!”

Şikayətçi deyir ki, bu səbəbdən vəsaiti qarşı tərəfə ötürə bilməyib və pullarının geri qaytarılması tələbi ilə banka müraciət etsə də, heç bir reaksiya verilməyib.

Qeyd edək ki, Hazırda “Unibank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti olaraq Heybət Qədirov icra edir.

Bankın əsas səhmdarı və Müşahidə Şurasının sədri isə Eldar Qəribovdur.