Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçildibackend

Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının videokonfrans formatında 8-ci növbədənkənar qurultayı keçirilib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, qurultayın gündəliyinə Ağsaqqallar Şurasının Nizamnaməsinin yeni redaksiyada qəbulu, Ağsaqqallar Şurasının sədrinin seçilməsi və digər məsələlər daxil edilib.

Qurultayda millət vəkili Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib.

Xatırladaq ki, bundan öncə Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov idi.