KoronaVirus İnformasiya Portalı
Eldar Sabiroğlu: Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!backend

Eldar Sabiroğlu: Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan çökür. BOŞ” Nikol özünü də, ölkəsini də aparıb yuvarlatdı LAÇIN dərəsinə. Qışqırırlar. Amma səsləri Dəlidağın zirvəsində eşidilmir. Bu alçaq elə yerə atılmayıb ki, səsi bir də çıxsın.

Vətən müharibəsi başladığı ilk gündən Ali Baş Komandanımız İlham Əliyevin Silahlı Qüvvələrimizə ilk əmri bu dəhlizin necə olur-olsun işğalçılardan geri alınması ilə bağlı olmuşdur. Böyük strateji əhəmiyyətə malik olan bu dəhlizin Ermənistanın nəzarəti altından çıxarması düşmənin kapituliasiya aktına imza atmasına bütün yolları açımış olur. Ona görə də hal-hazırda dəhliz uğrunda ağır döyüşlər aparırıq.

Yüksəkliyi 3700 m. olan Dəlidağın alınması demək olar ki, düşmən üzərində tam və qəti qələbənin təmin edilməsi deməkdir ki, bununla da 30 ilə yaxın bir müddətdə bizdən ayrı düşən Laçın dəhlizini müzəffər ordumuz geri almaqla düşmənin arzusunu ürəyində qoyacaq. Əgər bunlarda ürək deyilən bir şey varsa, “Boş” nazir birinci özünü, dalısınca da kür-küçüyü Laçın qayalıqlarından üzüaşagı özlərini atmaqdan başqa çarələri yoxdur. Əgər onda və dəstəsində zərrəcə namus, kişilik qalıbsa!!! Yaşamağa artıq haqları qalmayıb.

Dəlidağın zirvəsinin azad olunmasına demək olar ki, saatlar qalıb. Bu əməliyyatın başa çatması ilə Şuşanın, Xankəndinin, bütölükdə Qarabağımızın taleyini həll etmiş oluruq.

Televiziyanın qarşısından uzaqlaşa bilmirəm. Hər an, hər dəqiqə, hər saat QƏHRƏMAN AZƏRƏRBAYCAN ƏSGƏRİ İlham Hedər oğlunun sevincdolu xəbərini gözləyirəm. Bu müjdəni televiziyadan doğma və mübariz xalqıma çatdıracağı zaman onun özünün hansı həyacan və duyğular keçirəcəyini təsəvvür edirəm.

Yaşa, yaşa böyük İLHAM! SƏN ELƏ BİR TARİX yazdın ki, bu tarix əsrlər boyu nəfəsini Səndən alaraq yaşayacaqdır!!! Atan Heydərin verdiyi çörək, hamımızın anası Zərifə xanımın verdiyi süd Sənə halal olsun!

YAŞASIN MÜZƏFFƏR ORDUMUZ! YAŞASIN XALQIMIZ!

P. S. Lazımsız əşya parçasına dönən “BOŞ” nazirin parça-tikə olan arzularının puça çıxmasına çox az vaxt qalır. Bir az da dözək.

Eldar Sabiroğlu
Keçmiş millət vəkili və ehtiyatda olan polkovnik