KoronaVirus İnformasiya Portalı
Eldar Sabiroğlu: Biz onu son nəfəsimizədək düşmənlərdən qorumalıyıq!backend

Eldar Sabiroğlu: Biz onu son nəfəsimizədək düşmənlərdən qorumalıyıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər gün bir xəbər eşitməsən qulağın kar olar. İndi də danışığını, dediyi fikirin məntiqini anlamayan MM-in deputat xanımlarından birinin Türk mediasının Ermənistanın Azərbaycana təzminat ödəməsi barədə sualına qarmaqarışıq cavabı ölkə ictimaiyyətinin hiddətinə səbəb olub. Müsahibəsində xanım deputat İşğalçının ağır iqtisadi durumunu, xarici borclarını, bir sözlə, əhalinin yaşyış səviyyəsinin aşağı olduğunu nəzərə çatdırmaqla təzminatın ödənilməsini önəmli hesab etməyib… Bizimkilər axı niyə belə olurlar?!

Əgər tək Polad (red. Səfir) və bu xanım deputat istisna təşkil etsəydilər, dərdimiz yarı olardı. Yəqin yadınızda qalar. Bir vaxtlar xalq diplomatiyasının bizim ziyalıları, mədəniyyət xadimlərini ermənilərlə birlikdə Qarabağa, Şuşaya çəkib aparan səhnələri xatırladıqca adam doğrudan utanır. Burada xalqın günahı yoxdur deyən soydaşlarımı “Biz yenə bir yerdə yaşayacağıq” sözlərini dilə gətirdikləri məqamlara bir də baxsınlar, yalançı və riyakar çağırışlarına görə heç olmazsa xəcalət təri axıtsınlar.

Nə qədər ki, milli köklərimiz, mənəvi zənginliklərimiz üzərində pərvəriş tapmayan insanlar bizə tarixin dərslərini öyrətmək səlahiyyətində olacaqlar, o zamana qədər də vətən və torpaq sıxıntılarımızın ağrı və əzablarını 44 gün yox, 1444 gün taleyimizdə yaşatmağa məcbur olacağıq. Həyatım boyu sifətimi dəyişmədim. Hansısa umacağa görə kiməsə yaltaqlanmadım. Necə varıydımsa, indi də elə qalmışam.

Üstümdən zirehli maşın tək keçərək məni yarımcan etdilər. Əzdilər, qanımı yerlə bir elədilər. Lakin ölmədim, dikəldim. Üst-başımı çırparaq yoluma yenə davam etdim. Pisliklərə, düşmənçiliklərə içimdə heç vaxt yer ayırmadım. Çünki yamanlıqları, kini və küdurəti daxilimə ötürsəydim, amansız və qəddar hücumların qarşısında tab gətirə bilməzdim. Bunları niyə qələmə alıram!? Bəlkə də oxucu üçün qəribə səslənir. Sadəcə taleyimdəki acılı günləriminin unudulmamasına görə!!!

Həqiqət və gerçəklik, haqq və ədalət, mərhəmət və xeyirxahlıq, sədaqət və ləyaqət kimi insanın mənəvi zənginliyinə xidmət edən və onu ucaldan dəyərlərlə yoldaşlıq, dostluq etməyə üstünlük vermişəm. Allahın mənə verdiyi ömrü kəsən (?), həyatımı zəhərə döndərən bir hadisəni misal olaraq çəkmək istərdim.

Bildiyiniz kimi, prezident İlham Əliyevin mənə az pislikləri keçməyib. Ramiz Mehdiyevin, Əli Həsənovun, adları çəkmək istəmədiyim bəzi dövlət adamlarının gündəlik yamanlıqları hesabına Ali Baş Komandanımızdan aldığım zərbələr məni artıq xəstəhal edib. Onlara mənim bu şikəstliyim gərəkli idisə, Allah xatirinə ürəkdən sevinə bilərlər. Ancaq vətənin taleyi qarşıda dağ kimi dayanarkən prezident Əliyevdən mənə etdiklərinə görə yazı-pozularımla ondan qisas almağı fürsətcil bir əclafın bağışlanılmaz əməli sayardım.

Belə məkrli və belə pusquçul xəyanətlər mənim idrakımla qətiyyən üst-üstə düşmür. Ona görə də bu müharibədə və indinin özündə belə dövlət başçısının ölkənin maraqlarına xidmət edən siyasətini müdafiə etməyi özüm üçün mənəvi borc bilirəm. İlham Əliyevin 44 günlük savaşda böyük qəhrəmanlıq göstərməsi sözün əsl mənasında Azərbaycanımız üçün bir örnəkdir.

Müharibədən qalib çıxan Azərbaycanın bu möhtəşəm zəfərini gözügötürməyən xarici qüvvələr nədənsə başqa motivlər üzərində fəallaşmağa başlayıblar. Hətta sülhməramlıların müharibə bölgəsinə yerləşdirildiyi andan müəyyən edilən mövqe razılaşmalarının indi ciddi redaktələrə və dəyişikliklərə mərüz qalması barədə başqa rəy və təkliflərin masa üzərinə çıxarılmasə sadəcə təəccüb doğurur. Bu dərəcədə qeyri-səmimi münasibətin olacağına düzü, heç inanmazdım. Bəs harda qaldı o səmimi görüntülər!? Bölgədə odun-alovun yenidən püskürmə ehtimalı realdır və Rusiyanın irəli sürdüyü vədlərdən açıq-aşkar yayınması təhlükəli proseslərin yolunu aça bilər və nəticədə müharibənin Azərbaycan-Ermənistan sərhədlərini aşaraq dünyanı problemlər məngəsındə boğaraq məhv edər.

Yarandığı gündən qərəzli fəaliyyəti ilə Azərbaycanın əleyhinə işləyən Minsk Qrupu üzv ölkələri öz məkrli siyasətləri, işğalçını müdafiə edən həyasız və məsuliyyətsiz bəyanatları ilə bir qayda olaraq vəziyyətə nəinki sakitlik gətirmiş, hətta işğalçı dövlətin arxasında bir qalxan kimi dayanmışdı. Bu günədək regionda tökülən qanların əsl baiskarı məhz bu ÜÇLÜYƏ bağlıdır.

MQ-u əslində həmişə Ermənistanın hərbi-siyasi maraqlarına daha çox oynamışdır. Konfiliktin dondurulmuş halda saxlanılması ideyası ABŞ-ın, Fransa və Rusiyanın məqsədli planları sırasına daxildir ki, bu dəstəkverici faktor Ermənistanın işğalçı siyasətinə tam uzlaşırdı. Lakin müharibədən dərhal sonra məşhur ÜÇLÜK problemin həlli ilə əlaqədar köhnə mövqeyinə müəyyn əlavələr edərək aşkar üslubda işğalçının müdafsinə qalxdı. Lakin bəzi məsələlərin ictimailəşməsinə hələlik tələsmirlər. Ən qorxulu və ən gözlənilməz zərbənin açılması münasib sayılmayan məhz bu laboratoriyada hazırlandığını güman edirəm.

Dini proyektlərin proseslərə göstərdiyi təsir imkanlarının müzakirəsi və gücləndirilməsi istiqamətində lozunq və çağırışlardan tutmuş terrora qədər cinayətlərə aid xəritələrin çəkilməsi işlərinin məhz bu laborator mərkəzdə ərsəyə gətirilməsi başlıca vəzifə olaraq diqqətdən yayınmamalıdır.

Rusiyanın dünya və bəşəriyyət üçün qorxunc dövlət olduğunu sübut etməyə ehtiyac duymuram. İnsanlıq üçün izahı mümkün olmayan bu zərər və zəhər mənbəyinin ümumimiyyətlə tayınıı və bərabərini görmürəm. Anadan qüsurlu doğulan bu rus quruluşunun saxta və çürük dayaqlar üzərində bundan sonra daha uzun müddətə duruş gətirəcəyi çətindir!!!

Azərbaycan xalqı olaraq Ali Baş Komandanımıza hərbi-siyasi dəstək verməyə hər dəqiqə, hər saat hazır olmalıyıq!!! Biz ONU son nəfəsimizədək düşmənlərdən qorumalıyıq!!! Biz ONU Rusiyadan mühafizə etməliyik!!! Əgər lazım gələrsə, BAŞ KOMANDANIM İLHAMIN YOLUNDA CANIMI FƏDA EYMƏYƏ hazıram!!!

Eldar Sabiroğlu
Keçmiş millət vəkili və ehtiyatda olan polkovnik